FİN kod nədir?

FİN kod –şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Yəni dövlət reyestrinə məlumatlar daxil edilərkən fərdi identifiksiya nömrəsindən istifadə olunur ki, bununla da daxil olan məlumatlar fərqləndirilir, təkrara yol verilmir və həmin məlumatlardan səmərəli istifadə edilir. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir.

1000 ABŞ DOLLARI LİMİTİ NƏDİR?

Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq) 30 gün müddətində 1000 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir.

Fiziki dəyər 1000 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 36%-dək gömrük rüsumu ödənilir.

1000 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.

Limiti keçmiş hesab sahiblərinin bağlamaları DGK tərəfindən saxlanılır.

*Bağlamanın BCT-də saxlanılması zamanı ilk gün 12 AZN, sonrakı hər gün üçün 2 AZN (1 avro) saxlanc haqqı hesablanır.

Zəhmət olmasa, sifariş verərkən diqqətli olun!"

İLKİN BƏYANNAMƏ

İlkin bəyannamə ölkəyə gətirilən mallar haqqında əsas sənədləri özündə əks etdirən Gömrük sənədidir. İlkin bəyannamə blankda rəsmiləşdirilir və yükə nəzarət məqsədi ilə istifadə olunur.

BAĞLAMALARIN BAKI ANBARINDA SAXLANILMA ŞƏRTLƏRİ

Turex.az Bakı anbarına daxil olan bağlamalar 15 gün ərzində müştəri tərəfindən təhvil alındığı təqdirdə həmin bağlamalara əlavə saxlanc haqqı tətbiq etmir.

15 gündən artıq Bakı anbarında qalan bağlamaların dəyərinə hər əlavə gün üçün 0,50 azn pul hesablanacaqdır.

3 aydan artıq Bakı anbarında qalan məhsul üçün qərar Turex.az-yə məxsus olacaqdır.

HƏCM ÇƏKİSİ NƏDİR VƏ NECƏ HESABLANIR?

"Təyyarədə daşınan yükün çəkisi, Hava Daşımaları qaydalarına əsasən, ölçülərindən asılı olaraq iki cür hesablana bilər:

Fiziki çəki;

Həcm çəkisi

Beynəlxalq hesablama standartlara uyğun olaraq həcm çəkisi aşağıdakı kimi hesablanır:

(Enx Uzunluqx Hündürlük)/6000 = Həcm çəkisi (kg)

Bağlamaların ölçüləri böyük olduqda (təyyarədə daha çox yer tutduqda) əvvəlcə hər iki çəki hesablanır, daha sonra göstəricisi böyük olan çəki daşınma çəkisi kimi seçilir."

BAĞLAMANIN SATICIDAN ANBARA ÇATDIRILMASI

"Onlayn satış mağazasında alış tamamlandıqdan sonra müəyyən vaxta bağlama müştərinin qeyd etdiyi ünvana çatdırılır. Bunun üçün bağlama yerli poçt xidmətinə verilir.

Bağlama anbara çatdırılmamışdan əvvəl «TUREX.AZ»-in müştərinin yükü haqqında məlumatı olmur və şirkət yük anbara təhvil verilənədək heç bir öhdəlik daşımır. Bağlama anbara daxil olduqdan sonra 1-2 iş günü

ərzində müştərinin şəxsi hesabında qeyd olunur və tam bəyan olunduqdan sonra növbəti reyslə Azərbaycana göndərilir."

«TRACKİNG» NƏDİR?

"Bağlama onlayn mağazada tam qablaşdırıldıqdan sonra, alıcıya çatdırılması üçün ölkə daxili kuryerlərə verilir. Kuryer xidməti öz növbəsində bağlamaya yol nömrəsi təyin edir.

Trek nömrə bağlamanın kuryerin anbarından təyinat məntəqəsinə çatdırılanadək mövqeyini izləməyə imkan yaradır. Trek nömrə hər bağlama üçün ayrı-ayrılıqda verilir, fərqli olur və təkrarlanmır.

Bağlamanız daşıyıcı şirkərin anbarına çatdırılanadək yükün mövqeyini daxili kuryer xidmətinin səhifəsində izləyə bilərsiniz."

Azərbaycan kartlarını qəbul etməyən saytlardan necə sifariş edə bilərəm?

Bunun üçün siz bizim “Sifariş et” xidmətimizdən istifadə edə bilərsiniz.

Aldığım məhsulu geri qaytara bilərəm?

Satıcı mağazanın göndərdiyi məhsulların düzgünlüyünə, orijinallığına və keyfiyyətinə görə Turex.az məhsuliyyət daşımır.

Müştəri məhsulu geri qaytarmaq və ya dəyişmək üçün satıcı mağaza ilə əlaqə yarada bilər. Məhsulun geri qaytarılması və dəyişdirilməsi satıcı mağaza ilə müştəri arasında razılaşdırılmış qaydada həyata keçirilir.

BAĞLAMANI TƏHVİL ALMAQ ÜÇÜN HANSI SƏNƏDLƏR TƏLƏB OLUNUR

Bağlamanı təhvil almaq üçün sifarişçi şəxsin şəxsiyyətini təsdiq edən sənəd ( şəxsiyyət vəsiqəsi, tələbə bileti, sürücülük vəsiqəsi və s) özü və ya surəti tələb olunur.

1000$ şəxsi istifadə limiti daxilində gətirilən bağlamalar hansı hallarda gömrük orqanı tərəfindən saxlanılır?

  • 1000$ limiti keçdikdə;
  • Kommersiya məqsədləri üçün şəxsi istifadə limitindən sui-istifadə etdikdə;
  • Məhsulun dəyərinin ""invoice""-də azaldılma şübhəsi yarandıqda;
  • Məhsulun idaxlı üçün lisenziya və ya sertifikat tələb olunduqda;
  • Ölkəyə idaxl edilməsi qadağan edilmiş məhsullar olduğunda"